Bilirsinizmi?

Misir ehramları haqqında

1. Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb.

2. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə — fironun doğum və taxtaçıxma günlərində düşür.

3. Mumiyaların tərkibində radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdir.

4. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.

5. Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.

6. Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra yoğurta çevrilir.
7. Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər.

8. Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.

9. Zibilqabındakı yemək qalıqları ehramın daxilində heç bir qoxu vermədən “mumiyalaşır”.

10. Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.

11. Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmamışlar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də məqsədlərinə nail ola bilməyiblər.

12. Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.

13. “Nəhəng Ehram”ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni hissəyə ayırır.

14. Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti isə 3X4 və 3X5-dir.

15. “Nəhəng Ehram”ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir.

16. “Nəhəng Ehram” Yer kürəsinin quru ərazisinin mərkəzində yerləşir.

17. “Nəhəng Ehram” dörd künclüdür.

18. Misirdə (Gizada) olan bu ehramlar böyük bir günəş saatını xatırladır. Belə ki, oktyabrın ortası və martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr “diaqram”ı mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir. Kölgələr “diaqram”ının daş lövhələr üzərindəki hərəkəti sayəsində bir günün 0.2419 zaman kəsimində ilin uzunluğunu hesablamaq mümkündür.

19. Xeops ehramından Yer kürəsinin mərkəzinə (nüvəsinə) qədər olan məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də bu məsafə Şümal qütbü ilə Yer kürəsinin mərkəzi arasındakı məsafə ilə eynidir.

20. Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir. Ehramın dörd üzünün əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları sayılır.

21. Gizadan keçən meridian dünyanın su və quru hissələrini iki bərabər hissəyə bölür. Həmçinin, bu meridian Yer kürəsinin şimaldan cənuba doğru ən uzun quru hissəsindən keçən meridian sayılır.

22. “Nəhəng Ehram”ın bir küncündən onun təpəsinə qədər olan məsafə Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun uzunluğunu ifadə edir.
Güman edilir ki, Giza ehramları e.ə XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edilmişdir. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir və bu adlar onları tikdirmiş fironların adlarıdır. İlk piramida firon Coserə məxsus olmuşdur. Həmin piramidanın hündürlüyü 60 metr olmuşdur. Ən hündür piramida isə firon Xeopsa aid olmuşdur. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Həmin piramidanı tikmək üçün 2000-3000 iri həcmli daş sərf olunmuşdur

Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. Giza ehramları ilə yanaşı, Misirdə irili-xırdalı yüzlərlə ehram mövcuddur. Giza ehramları digər ehramlardan, əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlinməyib və onların necə tikilməsi hələ də elmə məlum deyildir.

Firon Xeopsun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Onun yalnız təpə hissəsində örtükvari daş bloklar mövcuddur. Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş vardır və bu giriş “ölülər” otağına aparır.

Ehramlarla bağlı müxtəlif riyazi rəqəmlər mövcuddur. Onların bir-neçəsini sizlərə təqdim edirik:

a. Xeops ehramının hündürlüyünü bir milyard rəqəminə vursaq, alınan rəqəm təxminən Günəşlə Yer arasındakı məsafəyə bərabər olacaqdır: 149 504 000 km.

b. Ehramları xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər hissəyə bölür.
v. Xeops ehramının ətraf yanlarının uzunluğu hündürlüyünün iki mislinə bölündükdə ∏= 3.14 alınacaqdır.
Giza ehramları arasında ən alçaq ehram olan Mikerin ehramı isə 62 metrdir və firon Xefrenin oğlu üçün tikilmişdir.

İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır; əgər işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2.5 milyon kubmetrlik daşı haradasa 250 000 gün (644 il) ərzində bir-birinin üstünə qoymaq tələb olunur. Halbuki ehramlar 20-30 il ərzində tikilmişdir.

Sfinksə gəlincə, o, e.ə 2520-ci ildə firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 30 metr hündürlüyü, 70 metr uzunluğu olan bu heykəlin adı qədim Misir sözü “sezp-ahne”dən (Diri görünüş) törəyib.

Sfinksə XIV əsrdə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib. Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiç toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub.

Yağış haqqında

1. Portuqaliyada yağış işə gəlməmək üçün üzürlü səbəb hesab edilir. Yəniki yağış yağanda işə getmiyə bilərsiniz.

2. Əslində yağışın heç bir ətri yoxdur. Yağışdan sonra duyduğumuz ətir aktin-sianobakteriyaların iyləridir. Bu iyin adı qeosmindir.

3. Uqandada şimşək tam adi bir təbiət hadisəsidir. Orada il ərzində 250 dəfə güclü leysan və heç yerdə görə bilməyəcəyiniz ildırımlar çaxır.

4. Hava haqqında məlumat məhz yağışın gözlənilib gözlənilmədiyi üçün ilk dəfə verilmişdir. Bir gün teleradio şirkətinin rəhbəri yolda ikən möhkəm yağışa düşmüş və bundan hirslənərək şirkətin əməkdaşlarına sabahdan hava haqqında qabaqcadan məlumat vermək üçün xüsusi proqram hazırlamağı əmr etmişdir.

5. Bostvanada insanlar salamlaşarkən bir birilərinə Pula deyirlər. Mənası isə yağış deməkdir. Yeri gəlmişkən yerli valyutanında adı məhz yağışdır.

6. Kubada yağış yalnız günortalar yağır, Tailandda isə yalnız gecələr.

7. 17-ci əsrdə Böyük Britaniyada yağış haqqında dövlət qanunu mövcud idi. Belə ki, yağış yağması barədə yalnız məlumat verən sinoptiki edam edirlərmiş.

8. Səhrada yağışın altında duran insan islanmır. Çünki səhraya yağan yağış yerə çatmamış qaynar istilik nəticəsində buxarlanır. Ona görədə deyirlər ki, səhraya yağış yağmır. Əslində isə yerə ən çox yağış düşən zona məhz səhralardır.

9. Hidrometrologiya mərkəzinin efirdə bizə deyilən hər bir kəlməsinin özünün xüsusi mənaları olduğunu bilirdinizmi? Məsələn:

«Qısa müddətli yağış» — o deməkdir ki, yağış 3 saatdan çox yağmayacaq.

«Yağış gözlənilir» — yağışın yağacağının və yarım sutka davam edəcəyi mənasını daşıyır.

«Yağıntı gözlənilmir» — yağış yağmayacaq demək deyil. Bu o deməkdir ki, hər kv.m əraziyə 0,3 litr yağış düşəcək.

10. Çerapunci şəhəri Hindistanda yerləşir. Həmin ərazi dünyada ən çox yağıntı düşən yer hesab olunur. İl ərzində 26 460 mm yağış düşür.

11. Adi yağıışın turşuluğu — pH 5,6. Əgər turşuluğu azalarsa həmin yağış turş yağış adlanır. pH 5,5 dərəcəli yağış zamanı bütün bakteriyalar ölür, 4,5 dərəcəli turş yağış zamanı isə həşərat və balıqların kütləvi ölümü baş verir.

12. Oqayo ştanın Uaynsberq şəhərində artıq 100 ildir ki, hər 29 iyul tariixində yağış yağır.

13. Yer kürəsinə il ərzində 519 000 km3 yağış düşür. (Hər km3 — milliard ton su demekdir )

14. Hər bir million insandan biri yağışa qarşı allergiyadan əziyyət çəkir. Onların üzərinə düşən bir damcı yağış onları dözülməz hala gətirib çıxarır. Hətta belə insanlar yağışa düşsələr həmin dəqiqə ölə bilərlər.

15. San-Fransiskoda yağış haqqında məlumatı dəqiq deyil ehtimal edərək söyləyirlər. Yəniki televiziyad göstərilən hava haqqında məlumat zamanı: Sabah bəlkə yağış yağdı deyirlər =)

16. Tarix boyu ən ağır dolu 14.04.1986 tarixində Hopalhanc şəhərinə düşmüşdür. Hər bir dolunun çəkisi 1 kiloqram idi. Dolu nəticəsində 92 nəfər həlak olmuşdur.

17. Dünyanın ən yağıntılı yeri güclü yağışdan sonra uzunmüddətli quraqlıq keçirdiyindən su qıtlığından əziyyət çəkirlər. Hətta dövlət qonşu ölkələrdən su almaq məcburiyyətində qalırlar

13 rəqəminin sirri

Səlahəddin Eyyubi Səlib yürüşlərinin on üçüncüsündə, xristiyanları qəti bir məğlubiyyətə uğratmışdır...

İstanbul 29 May 1453 Çərşənbə axşamı günü Türklər tərəfindən fəth edilmişdir. 1453 tarixinin rəqəmlərinin cəmi (1 + 4 + 5 + 3 =13) «on üç» edir.

Hz. Məhəmməd miladi təqvimə görə 571 ci ildə doğulmuşdur. 5+7+1=13 Məşhur qatillər Jack the Ripper, Charles Manson, Jeffrey Dahmer, Theodore Bundy və Albert də Salvonun adları 13 hərfdən meydana gəlir.

13 rəqəminin uğursuzluğuna səbəb olan inancın mənşəyində bir il içində ayın 13 dəfə bütöv ay olaraq görünməsini söyləyənlər də vardır.

13 Oktyabr 1307 -ci il Cümə günü, Fransa Kralı Philippe ilə Papa Clemensin əməkdaşlıq nəticəsində Məbəd (Dəfinə) Cəngavərlərinin çoxu həbs olunub edam edilmişdi.

İskandinaviya mifologiyasında, İskandinaviya tanrılarının ən pislərindən olan Loki Valhalladakı on iki nəfərlik bir mərasimə dəvətsiz olaraq getmişdi. 13 -üncü adam olaraq getdiyindən gözyaşı tanrısı olaraq da bilinən, adının mənası «Müzəffər» olan, yaraşıqlı və ədalətli Baldrın ölümünə səbəb oldu ona görə də bu rəqəm uğursuz olaraq xatırlanmaqda idi.

İbranilərə görə 13 rəqəminin uğursuz olmasının səbəbi İbrani əlifbasının 13 -üncü hərfinin «mavet» (ölüm) sözünün ilk hərfi olan «m» olması idi. Hammurabi qanunları siyahısında da 13 rəqəmi ötürülmüşdü.

Ümumiyyətlə bu inancın, Hz. İsanın məşhur son yeməyindəki həvarilərin sayından qaynaqlandığı da qeyd olunur. İsanın bir cümə günü çarmıxa çəkilməsindən əvvəlki son yeməyində cəmi 13 adam vardı; İsa və 12 Həvari. Buna görə də Xristianlarda axşam yeməyində 13 adam bir araya gəlirsə bunlardan birinin başına bir fəlakət gələcəyinə inanırlar. Sonralar özündə 13 rəqəmini təşkil edən hər şeyə xristiyanlar nifrət etdilər.

Xristian dünyası 13dən niyə qorxur? -Hətta çox evlərdə 13 nömrəsi olmaz Təyyarələrdə 13 -cü kreslo sırası yoxdur. Mənzillərdə, otellərdə 13 -cü qat ya 12 A' dır ya da 14 'növ. 13 nömrəli otaq yoxdur.

Nəticə: 13 rəqəminin uğursuzluğuna bütün Xristian dünyası inanır. Ancaq Müsəlmanların 13 -dən qorxması üçün heç bir səbəb yoxdur. Əksinə onlar üçün həmişə yaxşı hadisələrlə yadda qalmış bir rəqəmdir

Bunlar maraqlıdı

Bibliya 2462 dilə tərcümə olunub. Həmçinin "Star Track" filmində yadplanetlinin danışdığı klinqon dilinə belə tərcümə olunub. Birdən yad planetlilər Bibliya oxumaq istəsələr çətinlik çəkməsinlər deyə =)

Dünyada mövcud olan bütün qarışqaların çəkisi dünyada yaşayan bütün insanların çəkisinə bərabərdir.

Braziliyada elə bir hörümçək mövcuddur ki, o kişiləri sancarsa həmin insanlarda bir neçə saat keçməyən ereksiya yaranır.

Anatidaefobiya-elə bir qorxudur ki, bu qorxudan əziyyət çəkən insanlar elə zənn edirlər ki, onları hansısa ördək izləyir.

Ağcaqanadları sizdən uzaqlaşdıran vasitələr (sprey və ya kremlər) əslində ağcaqanadları sizdən uzaqlaşdırmır onlar sizi ağcaqanadlardan gizlədir. Belə ki, həmin vasitələr ağcaqanadların hissiyat hüceyrələrini keyləşdirərək onların insanları hiss etmək qabiliyyətini məhv edir. Beləliklə həmin an siz ağcaqanadlar üçün görünməz olduğunuz üçün o sizlərə yaxınlaşmır.

Həşərat yeməyənlər üçün xüsusi açıqlama =) Böcəklər dadına görə alma, eşşəkarısı meşə çərəzi, soxulcanlar isə qızardılmış donuz əti tamına malikdirlər.

Orta hesablamaya görə qadın orqazmı kişi orqazmından 4 dəfə uzun çəkir.

Statistikaya görə əgər fəlakət baş verən zaman ilk 90 saniyə ərzində siz panikaya düşməmisinizsə deməli siz ya sağ qalacaqsınız yada ki rahat öləcəksiniz əzab əziyyətsiz =)

Orta hesabla bir ömür ərzində insanın ifraz etdiyi tərlə 25 metrlik hovuzu doldurmaq olar.

Hər il 30 000 insan özündən yeni seksual poz ixtira etmək arzusunu həyata keçirməyə cəhd edərək şikəst olurlar. Yaxşısı budur heçkəs özündən amerika kəşv etməsin =)

Asqıran zaman insan ürəyi bir neçə saniyəlik fəaliyyətini dayandırır. Ona görə asqıran zamanı insana Sağlam ol deyirlər.

Statistikaya görə Bazar ertəsi özünə qəsd edənlərin həll edici günüdür. Hesaba alınmış özünə qəsd hadisələrinin 96%-i həftənin birinci günü yəni Bazar ertəsi baş verib.

Ən maraqlı faktlardan biri isə odur ki, içdiyimiz suyu bizdən öncə bir neçə insan bir neçə dəfə içib.

İnsan bədənində bakeriyaların sayı hüceyrələrin sayından 10 dəfə çoxdur.

Amerikanlıların raketin işə salınma kodu 00000000 idi və 17 il ərzində bu dəyişməz olaraq qalmışdır.

Homoseksuallıq 1500 növ heyvanlar arasında yayılmışdır. İnsandan sonra yalnız amazon delfinləri eyni cinsləri ilə uzun müddət yaxınlıq edirlər.

Metamfetamini ABŞ-da və Kanadada resept ilə aptekdən almaq mümkündür. Dezoksin adı altında satılan bu narkotik maddələri piylənməni müalicə etmək üçün həkimlər tərəfindən xəstələrə yazılır.

Kokos sudu o qədər təmiz və sterildir ki, İkinci dünya müharibəsi zamanı IV qan qruplu yaralılara plazma əvəzi bu süddən istifadə edirdilər.

Əslində biz burnumuzu tək güzgüdə deyil hər zaman görə bilərik çəpgözlükdən əziyyət çəkmədən. Sadəcə beynimiz bundan imtina etməyi daha üstün tutur.

Qadın və kişi genetik cəhətdən daha çox şimpanzeyə yaxındırlar nəinki bir-birilərinə.

• Italiyada yeni prezident seçilərkən minlərlə vətəndaş bir-birilərinə apelsin ataraq bunu qeyd edirlər.

• 1865-ci ilin Fevral ayın bütövlənmədiyi yeganə tarixdir.

• Tarix boyun ən çox film Drakulaya aid çəkilib.

• Şokoladlı peçeniye 1933-cü ildə istehsal olunub.

• Al-Kapone öz 85 illik yubileyini Alkatras hhəbsxanasında qeyd edib.

• 27 sentyabr Turizm günü kimi bütün dünyada qeyd edilir.

• 1990-cı ildə ABŞ-da 15 000 insanın tozsorandan xəsarət aldığı qeydə alınmışdır.

• Elianora Ruzvelt gündə 3 dəfə şokalada çəkilmiş sarımsaq dilimləri yeyirmiş.

• Bayt sözü səkkiz sözünün qısaldılmışıdır (by eight)

• İudaizmdə qürub-gün batma sutkanın o anına deyilir ki, həmin vaxt qırmızını qaradan seçmək qeyri-mümkün olur.

• Dünyada ən sadiq canlı erkək tülkülər hesab olunur bilirsinizmi niyə? Çünki ailədə dişi tülkü həlak olarsa erkək tülkü ömrünün sonuna kimi «subay» yaşayır. Erkək tülkü həlak olarsa dişi tülkü həmin an özünə yeni erkək kavaler axtarıb tapır..

• Soğanın spesifik iyi onun torpaqdan canına çəkdiyi kükürdün iysidir.

• Skunslar dəhşətli qoxuları ilə yanaşı ilan zəhərinə qarşı güclü immunitetləri vasitəsilə özlərini müdafiə edə bilirlər.

• Ən uzun öpüş səhnəsinə «You're in the Army Now» filmdə izləmək olar. Öpüş 3 dəqiqə 3 saniyə davam edir.

• Donuzlar göyə baxa bilmirlər

• Alman kimyaçısı Hennig Brand kükürdü sidik analizi zamanı aşkarlamışdır.

• Bingemtonda (Nyu York) 9-cu sinif oğlan şagirdlərinin bığ saxlaması qadağandır.

• Dələlər ağacda daha sürətlə qaçırlar nəinki yer üzərində.

• İnsan burnunda 5 milyona yaxın iybilmə hüceyrələri mövcuddur. Alman ovçarkasında bu 220 milyona bərabərdir. Araşdırmalar göstərir ki, bu heyvanın iy bilmə qabiliyyəti insanınkından 44 dəfə daha güclüdür.

• ABŞ-ın qeyri qanuni olaraq ölkəyə gələn gəliri qanuni olaraq daxil olan gəlirindən 10% çoxdur.

• Filmlərdə ən çox yer alan idman növü boksdur.

• Lentləbənzər soxulcanlar yemək tapmayarkən öz özlərini yeyən yeganə canlıdır.

• Alyaksa universiteti 4 müxtəlif saat qurşağında yerləşir.

• Amerikanın bütün prezidentləri eynək taxırlar..Hərçənd ki, ictimai çıxışları zamanı onu çıxaranları var.

• BiG Ben binanın deyil saat tamam olarkən eşidilən iri zəng mexanizminin adıdır.

• Elizabeth Taylorun iştirakı ilə çəkilmiş Kleopatra filminin Misirdə yayımlanması qadağan olunmuşdur. Səbəb aktrisanın yəhudi soyundan olması idi.

• Yunan Allahlarının yeməyinin adı Ambroziyadır.

• Napoleon öz qullarına onun ayaqqabılarını geyinib genəltməyə məcbur edirmiş.

• Kentukkidə arxa cibdə dondurma gəzdirmək qadağandır.

• İndiana ştatında sarımsaq yeyən insanın ictimai transportdan yarım saatdan artıq istifadə etməsi qadağandır.

• ABŞ vətəndaşlarının 4%-i vegeteriandır.

• Nikaraquada əvvəllər hesab edirmişlər ki, əgər vulkanın içinə gözəl qız atarlarsa fəlakət dayanacaqdır..Beləliklə Nikaraquada artıq gözəl qız qalmayıb

Maraqlı həbs səbəbləri

1. Bir amerikalı çox bahalı və nadir tapılan siqaret alır. Onlar o qədər bahalı və nadir olur ki, o hətta onları sığorta da edir, eləcə də yanğından. Bir müddət sonra bu siqarları çəkib qurtaran bu şəxs sığorta şirkətinə müraciət edib, kompensasiya istəyir. Bildirir ki, sigarlar kiçik yanğın nəticəsində məhv olub. (yəni onları yandırıb çəkməyi nəzərdə tuturdu). Sığorta şirkəti təzminat ödəməkdən imtina edib. Amma məhkəməyə müraciət edən bu insan qələbə qazanıb və sığorta şirkəti ona 15000$ ödəməyə məcbur olub. Çünki yanğından sığorta bəndində sigarların hansı yanğından məhv olması bəndi qeyd olunmurdu. Yəni onları çəkərkən də yandırıb çəkib deyə bu da yanğın sayılıb.
Lakin bu şəxs bu prosesi hec də sona kimi qazanmayıb. Ona 15000$ məbləğində çek varilən kimi o həbs edilib. Sığorta olunmuş obyekti qəsdən məhv etdiyinə görə. Cərimə 24 ay həbs və 24000$

2. Detroytda 2 nəfər oğru dükana daxil olurlar. Biri «Heç kim tərpənməsin, yoxsa vuracam deyir.» Bu zaman digər oğru kassaya tərəf hərəkət etmək istəyir. Öz sözünə sadiq qalan həmkarı isə onu gülləylə vurur. Yaralını polislər ələ keçirir.

3. Mağaza oğurluğunda təqsirləndirilən şəxs məhkəmədə öz vəkilini qovub, özü özünü müdafiə edəcəyini bildirir və bu onda doğurdan da yaxşı alınır. Bu zaman məhkəməyə həmin dükanın meneceri olan xanım şahid dəvət olunur və o, oğrunun bu şəxs olduğunu bildirir. Əsəblərini cilovlaya bilməyən təqsirləndirilən xanımın üstünə hücüm çəkib onu yalan danışmaqda günahlandlrlr. Lakin sözlərinə fikir verməyərək «Gərək onda mən sənin boş başını güllələyərdim» deyir. Və bundan sonra həbs edilir.

4. Yüksək sürətə görə radara düşən ingilis, bir müddət sonra poçtla radara düşmüş avtomobilinin şəklini və 40 funt cərimə olunduğu barədə kvitansiya alıb. Cəriməni ödəmək əvəzinə isə o, 40 funtun şəklini çəkib poçtla polisə yollayır. Cavabında isə daha bir şəkil alan bu şəxs dərhal cəriməni ödəyir. Çünki polisdən gələn bu şəkildə qandal şəkli çəkilmişdi.

5. Bank oğurlamaq istəyən bir nəfər Bank of Amerikaya daxil olub, bu bankın blankına «Bu oğurluqdur, xəzinədəki pulları paketə qoyun.» yazıb növbəyə dayanır. Lakin növbədə durmağa səbri çatmır və o, yaxınlıqdakı Fargo Bankına gedir. Burada növbə az olur. O, blankı operator qıza təqdim edir. Xanım isə belə bir oğrunun axmaq olduğunu anlayır və ona bildirir ki, bu blank Bank of Amerikaya aiddir. Onlar bunu qəbul edə bilməzlər. Ya bizim blanka yazın, ya da Bank of Amerikaya müraciət edin. Məyus olan oğru bankı tərk edir. Bundan sonra həmin xanım dərhal polisə zəng vurur və oğru, həbs edilir. Təsəvvür edirsiz harda? Bank of Amerikada növbədə!

6. Bir xanım maşınının oğurlanması barədə polisə şikayət edir və bildirir ki, telefonu da maşında qalıb. Polis dərhal həmin nömrəni yığır və bu maşını elanda gördüyünü, almaq istədiyini bildirir. Oğurladığı maşına alıcı tapdığını düşünən oğru dərhal razılıq verir və görüş yerində həbs edilir.

7. Mağaza oğurlayan şəxs pulları aldıqdan sonra piştaxtadakı viskiyə gözü düşür. Viskini də tələb edən oğru satıcıdan rədd cavabı alır. Səbəb kimi isə satıcı oğrunun azyaşlı olduğunu bildirir. Təngə gələn oğru öz sürücülük vəsiqəsini cığarıb satıcıya göstərir və viskini alır. Lakin tezliklə o həbs edilir. Çünki satıcı onun adını, soyadını və yaşadığı ünvanı polisə bildirir.

Əsrin ən ucaboy, ən ağır və ən çox uşaqlıları

Əsrimizin ən uca boylu adamları:
* Finlandiyalı Katanus — 2 metr 83 santimetr.
* Nyu-York sakini Eda Kamil — 2 metr 81 santimetr.
* Amerikalı R. Uodlou — 2 metr 71 santimetr.
* Qadın Mariana Vedis — 2 metr 55 santimetr.
* Pakistanlı Məhəmməd Alama Cannı — 2 metr 51 santimetr.
* Mozambik ölkəsinin sakini Qabrielyu Mondçanı — 2 metr 45,7 santimetr.
* Rodeziyalı Milerd Ulkay — 2 metr 13 santimetr.

Əsrimizin ən ağır çəkili adamları:
* Amerikalı Robert Hüqos — 500 kq
* Amerikalı Berman — 483 kq
* Nyu-Yorkdan Uolter Hadson — 450 kq
* Avstraliyalı Albert Perniç — 399 kq
* Amerikalı Pon Hayn — 386 kq

Əsrimizin ən çox uşaqlı ailələri:
* 55 yaşlı çinli qadın ( Xarbin şəhəri ) — 59 uşaq
* Braziliyalı Kar Haubanın ailəsi — 32 uşaq
* Fransalı Devodlar ailəsi — 25 uşaq
* Argentina sakini Mariya Benita Oliver — 32 uşaq