İmtahan

1.30 şagirdin iştirak etdiyi imtahanda imtahanı keçənlərin topladığı balların ədədi ortası 84,imtahandan keçə bilməyən şagirdlərin topladığ balların ədədi ortası 60, imtahanda iştirak edən bütün şagirdlərin ballarının ədədi ortası 80 olarsa,onda bu imtahanda neçə şagird iştirak etmişdir?

A)24 B)5 C)25 D)30 E)20

2. (2x-6)(3x-9)(4x-8)(7x-14)=0 bərabərliyini ödəyən x-in qiymətləri çoxluğunun neçə alt çoxluğu vardır?

A)5 B)4 C)3 D)2 E)1

3. Bir ABC üçbucağının təpələri A(3,1), B(-2,3), C(-1,-1) bir çevrə üzərindədir.Bu çevrənin mərkəzinin koordinatlarını tapın.

A)(2,5;0,5) B)(-2,5;-0,5) C)(0,4;2) D)(2;0,2) E)(5;0,4)

4. f(x)=2x+1-f(x+1) və f(4)=2 olduğunu bilərək, f(2)-nin qiymətini tapın.

A)2 B)0 C)3 D)1 E)4

5. f(x)=3+x2- 6x funksiyasının minimumunu tapın.

A)6 B)3 C)2 D)-6 E)-1

6. 3,x+3 və 27 ədədləri ədədi silsilənin üç ardıcıl hədləridirsə,x neçədir?

A)6 B)3 C)2 D)-6 E)-1

7. Bir düzbucaqlının bir tərəfi 25% artırıldıqda onun sahəsinin dəyişməməsi üçün o biri tərəf neçə faiz azaldılmalıdır?

A)10% B)4% C)3% D)20% E)21%

8. 3,152 ədədini onda birə qədər yuvarlaqlaşdırsaq 3,2 alarıq.Təqribiliyin nisbi xətasını tapın.

A) 0,31 B) 0,015 C) 1,05 D) 2,13 E) 7,49

9. Cəmi 57 olan iki ədəddən böyüyü kiçiyinə bölündüyündə qismət 5, qalıq 3 olur.Bu iki ədədin hasilini hesablayın.

A)432 B)405 C)425 D)375 E)123

10. İki rəqəmin cəmi 17,kvadratları cəmi 145 olarsa,bu ədədlərin hasilini tapın.

A)68 B)90 C)35 D)72 E)114

Düzgün cavabları bura tıklayaraq bizə göndərə bilərsiniz. Bütün suallara düzgün cavab verən şəxsə məntiq kitabı hədiyyə edilir.