Thursday, December 8, 2011

X-i tap




Yuxarıda verilmiş ifadədə x-i tapın!

Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin

Friday, December 2, 2011

Xoruz, toyuq və cücə

100 manat pulu olan bir kişi bazara gedir.O bu pula xoruz, toyuq və cücə almalıdır və aldıqlarının ümumi sayı 100 ədəd olmalıdır.Xoruzun qiyməti 5 manat, toyuğun qiyməti 3 manat cücənin qiyməti isə 1 manatdır. Kişi hər heyvandan neçə ədəd almalıdır?

Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin

Wednesday, November 23, 2011

Çəkisi az olanı tapın

10 kisə qəpik pullar var. Bunlardan 9-unda olan qəpiklərin çəkisi 10 qram, yalnız 1 kisədə olan qəpiklərin çəkisi 9 qramdır. Elektron tərəzidən 1 dəfə istifadə etməklə hansı kisədəki qəpiklərin çəkisin az olmasını tapmaq lazımdır. Kisələrdən necə istəsəniz istifadə edə bilərsiniz.

Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin

Balığı kim saxlayır sualının cavabı

Bir sırada tikilən 5 müxtəlif rəngli evdə (hər evdə 1 nəfər yaşamaqla) 5 müxtəlif millətdən olan adamlar yaşayırlar. Onlar 5 müxtəlif heyvan saxlayır, 5 müxtəlif markalı siqaret çəkir, 5 müxtəlif içki içirlər. (Hər biri yalnız birini saxlayır, birini çəkir, birini içir)

Şərt belədir

1.Norveçli birinci evdə yaşayır.
2.İngilis qırmızı evdə yaşayır.
3.Yaşıl ev ağ evdən solda yerləşir.
4.Danimarkalı çay içir.
5.“Rothmans” çəkənin ən yaxın qonşularından biri pişik saxlayır.
6.Alman “Marlboro” çəkir
7.Sarı evdə yaşayan “Kent” çəkir.
8.Göy evin sakini Norveçlinin ən yaxın qonşusudur.
9.Ortada yerləşən evin sakini süd içir.
10.“Rothmans” çəkənin ən yaxın qonşusu su içir.
11.“Pall Mall” çəkən quş saxlayır.
12.İtalyan it saxlayır.
13.Göy evin sakini at saxlayır.
14.“Philip Morris” çəkən pivə içir.
15.Yaşıl evin sakini kofe içir.

 

MillətlərNorveçDanimarkaİngilisAlmanİtalyan
Evlər     
İçəcəklərSuÇaySüdKofePivə
HeyvanlarPişikAtQuşbalıqİt
SiqaretlərKentRothmansPall MallMarlboro Philip Morris

Deməli balığı Alman saxlayır