Friday, October 21, 2011

Şahzadə

İki şahzadə oğlan başqa əyalətin şahının qızına elçi gedirlər. Qız isə şahzadələrin heç birindən keçə bilmir və belə şərt irəli sürür ki, hər iki şahzadə qarşıda görünən ağacın yanından mənə tərəf atlarını çapsınlar. Kimin atı mənə ikinci çatarsa, mən ona ərə gedəcəm.

Şahzadələr həmin ağacın yanına gedirlər. Lakin onlardan heç biri atını qıza tərəf çapmır. Çünki onların hər biri istəyir ki, onun atı qızın yanına ikinci çatsın və qız ona gərə getsin. Onlar bir neçə saat belə gözləyirlər. Yoldan keçən bir çoban cavanların yolda xeyli dayandığını görüb, onlara yaxınlaşıb evinə dəvət edir. Bir stəkan çay içdikdən sonra çoban onlardan saatlarla ağacın yanında nə üçün gözlədiklərini soruşur. Şahzadələr hadisəni çobana danışırlar.

Çoban cavanlara bir cümlə deyir. Cavanlar o dəqiqə yerlərindən sıçrayıb atlara minib qıza tərəf çapırlar.

Çoban Cavanlara nə deyir?

Cavab: Çoban şahzadələrə atlarını dəyişməyi sonra şahın qızına tərəf çapmağı deyir.

Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin.

No comments:

Post a Comment