Friday, October 21, 2011

Balığı kim saxlayır?

Bir sırada tikilən 5 müxtəlif rəngli evdə (hər evdə 1 nəfər yaşamaqla) 5 müxtəlif millətdən olan adamlar yaşayırlar. Onlar 5 müxtəlif heyvan saxlayır, 5 müxtəlif markalı siqaret çəkir, 5 müxtəlif içki içirlər. (Hər biri yalnız birini saxlayır, birini çəkir, birini içir)

Şərt belədir

1.Norveçli birinci evdə yaşayır.
2.İngilis qırmızı evdə yaşayır.
3.Yaşıl ev ağ evdən solda yerləşir.
4.Danimarkalı çay içir.
5.“Rothmans” çəkənin ən yaxın qonşularından biri pişik saxlayır.
6.Alman “Marlboro” çəkir
7.Sarı evdə yaşayan “Kent” çəkir.
8.Göy evin sakini Norveçlinin ən yaxın qonşusudur.
9.Ortada yerləşən evin sakini süd içir.
10.“Rothmans” çəkənin ən yaxın qonşusu su içir.
11.“Pall Mall” çəkən quş saxlayır.
12.İtalyan it saxlayır.
13.Göy evin sakini at saxlayır.
14.“Philip Morris” çəkən pivə içir.
15.Yaşıl evin sakini kofe içir.

Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin.

No comments:

Post a Comment