Wednesday, October 24, 2007

Delphi dərsləri

PROQRAMLAŞDIRMA MÜHİTİNİN STRUKTURU

Delphİ proqramlaşdırma dilinin quruluşu digər proektləşdirmə dillərindən fərqlənir. Bu proqramlaşdırma dili əvvəllər Object Pascal adlanmışdır. Müəyyən müddət keçdikdən sonra bu dil Turbo Pascal və Delphi adlanan iki proqramlaşdrma dilinə bölünmüşdür. Bu proqramın 7-ci versiyasını verilmiş olan İnternet adresindən yükləyə bilərsiniz: http://vip4sms.com/download/3b46280a98b11c8907a8f46271f24a159/Borland.rar.html.

Delphi mühiti Single Document İnterface (SDİ) adlanır və bir neçə pəncərədən ibarətdir. Delphi proqramlaşdırma mühiti aşağıdakı hissələrdən ibarətdir:

Form Designer
Editor Window
Component Palette
Object İnspector
On-line Help

Bunlardan əlavə Delphinin başqa hissələri də vardır ki,onlar da proqramın və proqramlaşdırma mühitinin dəqiq qurulması üçün istifadə olunur. Bunlara misal olaraq alətlər panelini,sistem menyusunu və s. göstərmək olar. Delphi proqramlaşdırma dili ilə məşğul olanlar vaxtların çox hissəsini əsasən Form Designer və Editor Window pəncərələrində keçirirlər. Hər şeydən öncə siz bilməlisiniz ki,bu iki pəncərə arasında nə kimi fərqlər vardır. Aşağıdakı şəkildə Form Disagner və Editor Window pəncərələri təsvir edilmişdir:



Delphi də Form Designer pəncərəsi istifadə üçün çox sadə və başa düşüləndir. Bu pəncərədə yazdığımız proqramın visual görünüşü hazırlanır. Form Designer ilk olaraq boş olur və siz buranı Component Palette panelindən seçdiyiniz obyektlərlə doldurursunuz. Aşağıdakı şəkildə Component Palette paneli təsvir edilmişdir:



Component Palette sizə istədiyiniz obyektləri seçməyə və Form Designer-də yerləşdirməyə imkan verir. Bunun üçün sadəcə olaraq əvvəlcə Component Palette-də istədiyiniz obyektin üzərində siçanın sol düyməsini bir dəfə sıxın və sonra da Form Designer-də ikinci dəfə sıxın. Seçilmiş obyekt proektləşdirmə pəncərəsində görünəcəkdir və siz onu siçanla manipulyasiya edə bilərsiniz. İstədiyiniz obyektləri yerləşdirdikdən sonra Editor Window pəncərəsinə keçmək lazımdır ki, proqramın logikası,yəni obyektləri hərəkətə gətirən kodlar hazırlansın.


Component Palette panelinin aşağı sətrində linklər sətri yerləşir:

Standart
Additional
Data Access
Data Controls
Dialogs
System
VBX
Samples

Form Designer solda Object İnspector pəncərəsi yerləşir:



Delphi mühitinin axırıncı əsas hissəsi məlumat kitabçasıdır (on-line help). Məlumat kitabçasını açmaq üçün sistem menyusunda Help,daha sonra isə Contents punktuna daxil olmaq lazımdır. Aşağıdakı şəkildə göstərilən məlumat kitabçası açılacaqdır:



Məlumat kitabçası konteks-müstəqildir. Belə ki,siz Object İnspector pəncərəsində olarkən hər hansı bir xüsusiyyəti seçin və klaviaturadan F1 düyməsini basın. Və siz dərhal seçdiyiniz xüsusiyyət haqqında məlumat alacaqsınız. Delphi mühiti ilə işləyərkən sizə nəsə aydın olmadıqda proqramın bu məlumat sistemindən istifadə etməyiniz məsləhət görülür.


ƏLAVƏ ELEMENTLƏR

Dərsin bu hissəsində bütün diqqət əsasən 3 alət üzərində cəmləşdirilməlidir. Bu alətlər proqramlaşdırma mühiti üçün köməkedici vasitə sayılır. Bunlar aşağıdakılardır:

Menyu (Menu System)
Dərhal giriş üçün panel (SpeedBar)
Şəkil redaktoru (İmage Editor)

Adətən menyu Delhpi proqramlaşdırma mühitinin dərinliklərinə daxil olmaq üçün istifadə edilir və rahat istifadəsi üçün klaviş kombinasiyalarından istifadə olunur. Menyudan istifadə etmək müxtəlif alətlər panellərində yerləşən ikon və piktoqramlardan istifadə etməkdən daha asandır. Siz sistem menyusundan geniş tapşırıq dairəsinin yerinə yetiriməsi üçün istifadə edə bilərsiniz: faylların açılması və bağlanması, debuggerlə iş, proqramlaşdırma mühitinin qurulması və s. kimi.

SpeedBar paneli sistem menyusunun altında və Component Palette panelindən solda yerləşir. SpeedBar menyu ilə edə biləcəyimiz bir çox əməliyyatın daha asan yerinə yetirilməsini təmin edir. Əgər siz SpeedBar panelinin istənilən ikonunun üzərinə mausun oxunu yaxınlaşdırsanız onda həmin ikonun altında onun təsviri haqqında kiçik məlumat görəcəksiniz.



İmage Editor-şəkil redaktoru əməliyyat sistemində olan Paintbrush proqramı ilə analoji qaydada işləyir. Bu modulu açmaq üçün Tools menyusundan İmage Editor punktunu seçmək lazımdır.


İNSTRUMENTAL VASİTƏLƏR

1-ci və hazırki dərslərdə izah etdiyimiz alətlərə əlavə olaraq Delphi proqramlaşırma mühiti paketinə aşağıdakı 5 əsas vasitə də daxildir. Bunlar aşağıdakılardır:

Daxili debugger
Xarici debugger (ayrı)
Əmrlər sətri kompilyatoru
WinSight
WinSpector

Bu qeyd edilmiş alətlər ona görə ayrı kateqoriyaya daxildir ki,bu alətlər proqramlaşdırmada kifayət qədər abstrakt rol oynayırlar.

Delphi proqramlaşdırma dilində güclü proqramist olmaq üçün siz ilk növbədə Delphi debuggerindən necə istifadə edildiyini başa düşməlisiniz. Debugger sizə proqramın cari mətnini sətir-sətir analiz etməyə və dəyişən proqramın qiymətlərini-parametrlərini əks etdirən Watch görünüş ekranını açmağa imkan verir. Yuxarıda adları çəkilən vasitələrdən ən vacibi daxili debuggerdir. O,öz işlərini redaktor pəncərəsində aparır. Xarici debugger daxili debuggerin bütün funksiyalarını yerinə yetirir və ancaq ondan çox daha əlverişlidir.

Xarici kompilyator DCC.EXE adlanır.DCC.EXE sizə öz proqramınızı xarici debuggerdə sazlamamışdan əvvəl kompilyasiya etməyə imkan verir. Delphi-də DCC.EXE və CONVERT.EXE proqramlarının köməkliyi ilə hər hansı bir proqram yaratmaq və onu kompilyasiya etmək olar. CONVERT.EXE müxtəlif forma düzəltməyə kömək edir.

WinSight və WinSpector Windows əməliyyat sistemi ilə işləyən təcrübəli proqramistlər üçün maraqlıdır. Bu o demək deyildir ki, proqramlaşdırmaya yeni başlayan hər bir şəxs bu proqramları eksperimentdən keçirə bilər. Bu alətlər ikinci dərəcəlidir və texniki məqsədlər üçün istifadə olunur. Bu iki alətdən biri olan WinSight daha yararlıdır. O,sizə Windows-un verdiyi sistem məlumatlarını müşahidə etməyə imkan verir. Nəticə etibarilə də WinSight təcrübəli istifadəçinin əlində sadəcə olaraq vazkeçilməz bir alətə çevrilir. WinSpector isə proqramın cari vəziyyəti haqqında məlumatı mətn faylında saxlayır. Siz istədiyiniz vaxt bu faylı açaraq proqramda nəyin düz getmədiyini tapa bilərsiniz.


STANDART KOMPONENTLƏR

İndi isə Component Palette paneli haqqında danışaq. Bu panelin birinci səhifəsində 14 obyekt yerləşmişdir. Bu obyektlər yazdığınız proqramın əsas hissələridir (düymələr,ikonlar,menyu və s.). Komponentlərin naboru və sırası hər bir səhifədə konfiqurasiya olunmuş olur.Siz burada olan komponentləri yenidən sıralaya,saylarını artıra bilərsiniz.



Aşağıdakı siyahıda Delphi proqramlaşdırma mühitinin standart komponentləri verilmişdir:

TPopupMenu – mausun sağ düyməsini basdıqda görünən konteks menyu yaradır.
TLabel – ekranda mətnin təsvirinin görsənməsinə xidmət edir.
TEdit – Windows-un standart idarəedici elementidir.
TMemo – TEdit-in başqa formasıdır və böyük həcmli mətnlərlə işləməyə imkan verir.
TButton – hər hansısa bir əməliyyatı yerinə yetirmək üçün proqrama düymə qoymağa imkan verir. Belə ki,düymə proqram pəncərəsinə yerləşdirildikdən sonra düymənin icraedici kodu yazılmalıdır:

procedure TForm1.Button1Click(Sender: TObject);

begin

MessageDlg(‘Are you there?’,mtConfirmation,mbYesNoCancel,0);

end;

TCheckBox – proqrama çekboks daxil etməyə imkan verir.Çekboks-nə isə seçmək üçün təyin edilən qutucuqdur və buraya dik işarəsi qoyulur.
TRadioButton – digər buttonlardan ancaq birini seçməyə imkan verir.
TListBox – bir pəncərəyə yığılmış olan ikonlardan ibarət siyahı düzəldir.
TScrollbar – obyektlərin redaktə olunması zamanı avtomatik olaraq proqramın kənarında meydana gələn çubuqdur.
TGroupBox – Windows-un göstərişi və vizual məqsədlər üçün istifadə olunur.
TComboBox – aşağı açılan menyu yaratmağa imkan verir.
TPanel – dekorativ məqsədlər üçün istifadə olunan idarəedici elementdir.
TScrollBox – proqram üzərində horizontal və vertical scrollbar (endirmə çubuğu) yerləşdirməyə imkan verir.

Bu siyahı Component Palette panelinin birinci səhifəsində olan obyektlərin tam siyahısı idi. Əgər sizə əlavə bir məlumat lazımdırsa onda Component Palette panelində istədiyiniz obyekti seçin və klaviaturadan F1 düyməsini sıxın. Və siz seçdiyiniz obyekt haqqında ətraflı məlumat görəcəksiniz.

No comments:

Post a Comment